Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ağdama dolu düşüb

«Mayın 23-də axşamüstü Ağdam rayonuna yağan güclü dolu Qaradağlı, Əfətli, Zəngişalı, Çəmənli və Qərvənd inzibati ərazi dairələrinin kəndlərində bir sıra fəsadlar törədib».

Bunu rayon fövqəladə hallar komissiyasının sədri Zülfü Qasımov AZƏRTAC-a bildirib . O deyib ki, dolu düşən ərazilərdə taxıl zəmilərinə, kartof və tərəvəz əkinlərinə, həmçinin meyvə ağaclarına xeyli ziyan dəyib.

Rayon fövqəladə hallar komissiyasında təsərrüfatlara dəyən ziyan müəyyənləşdirilir.

Mayın 23-ü gündüz saatlarında Şəmkir və Daşkəsən rayonlarında isə güclü qasırğa baş verdiyi bildirilirdi. Qasırğanın bir sıra tikililərin dam örtüyünü uçurduğu, Bakı-Qazax magistral yolunun kənarındakı irigövdəli ağacları aşırdığı qeyd edilirdi.

Nəticədə Daşkəsən rayon mərkəzinin yarısında işıqların söndüyü deyilirdi.

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

Ağdama düşən dolu təsərrüfata ciddi ziyan vurub

%d bloqqer bunu bəyənir: