Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ağcabədi təhsilində Zeynalov kabusu – Faktlar

Ağcabədi təhsilində Tofiq Zeynalov kabusu yaşanır. Rayonun M.F.Axundov adına 3 saylı məktəb liseyin direktoru olan Zeynalovun adı elə bir qalmaqallı iş yoxdur ki, çəkilməsin. Bu ilin yanvarında müəllimlərin maaşını kəsərək rayondakı Bayraq muzeyinin tikintisinə verən təhsil ocağının rəhbəri Ağcabədidə heç də yaxşı ad çıxarmayıb.

Müəllimlərin maaşından 60 manat tutmuş Zeynalov liseydə qeyri-etik hərəkətlər etməkdə də ittiham olunub. Bu haqda 24saat.org-u məlumatlandıran qaynağın sözlərinə görə, müəllimlərin əmək haqlarını qanunsuz olaraq kəsən direktor, bu azmış kimi məktəbdə eşq macəraları da yaşamaqdan çəkinməyib.

Direktorun Şamaxıda yaşanmış rəzaləti 3 saylı məktəb liseyində təkrarladığı haqda da iddialar səslənir. 24saat.org bu ittihamlarla bağlı araşdırma aparıb və məlum olub ki, rayon təhsil şöbəsinin müdiri tərəfindən himayə olunan direktorla bağlı rayonda heç də müsbət ictimai rəy yoxdur.

Eləcə məktəb kollektivi də onun fəaliyyətindən və utancverən əməllərindən xəcalət çəkir. Lakin Zeynalovu himayə edən qüvvələrin sayəsində o, postunda qalıb. Hətta ona etiraz etmək istəyənlər hüquq-mühafizə orqanları ilə təhdid olunur.

Zeynalov onun barəsində şikayət edəcək şəxsləri həbslə hədələyir. Bu arxayınçılıq nəticəsində Zeynalov məktəbdə çalışan müəllimələrdən biri ilə eşq hekayəsi yaşayıb. Bu münasibətdən nəinki məktəb kollektivi, rayon təhsil şöbəsi rəhbərliyi də xəbər tutub.

mekteb6

Tofiq Zeynalov

Hətta məsələni ört-basdır etmək üçün müxtəlif vasitələr sınanıb. Amma həmin müəllimənin aborta getməsi haqda xəbərlərin mediada tirajlanması və Ağcabədidə yayılması böyük rüsvayçılığa yol açıb, icra hakimiyyəti başçısına qədər gedib çıxıb.

Təhsil ocağında bu cür biabırçı hadisələrin bir-birinin ardınca baş verməsi, Şamaxı, sonra Ağcabədidən rəzil bir xəbərin gəlməsinə rəğmən Təhsil Nazirliyi praktik addım atmır. Sadəcə, həmin müəllimənin özü və ailəsi T.Zeynalovdan şikayətçi olmadığına görə hüquq-mühafizə orqanlarında araşdırmaya zərurət yaranmayıb.

Lakin təhsil müəssisələrində tendensiya halını alan əxlaqsızlıq hərəkətləri həm presedent yaradır, həm təlim-tərbiyə ocağında bir “örnək” olmağa başlayır. İddialara görə, eşq məhəbbət yaşadığı müəllimənin həyat yoldaşı Rusiyada yaşayır. O, hadisədən gec agah olub. Zeynalovun müəlliməyə abort üçün pul verdiyi də iddialar arasında özünə yer tapıb.

Lakin bütün bunlara baxmayaraq, rayon təhsil şöbəsinin müdiri Mehdi Əhmədov Tofiq Zeynalovun hərəkətlərinə “göz yumub”. Deyilənə görə, bu, Zeynalovun əməlləri nəticəsində dağılan sayca 4-cü ailədir. Bildirilir ki, dirkektor lisey adı ilə hər il rayon məktəblərinin 7-8 ci sinif şagirdlərini məktəbə gətirib X-XI siniflərdə onları aylığa çıxarıb pul alır.

Bir gün də olsun bu məktəbin yuxarı siniflərində dərs keçirilmir. Fənlər qeyri ixtisas müəllimləri arasında bölünür. Dərsdən kənar məşğələ və dərnəklər müəllimlərin adına yazılır, pulu isə Tofiq Zeynalov özü götürür. Direktorun hətta hər ay xadimələrin də maaşından haqq yığdığı gələn məlumatlar arasındadır.

mekteb7

Ağcabədi rayon M.F.Axundov adına 3 saylı məktəb lisey

2016 cı ilin fevral-mart aylarındaTəhsil Nazirliyinin Audit Şöbəsinin əməkdaşları məktəbdə monitorinq apararkən aşağıda adları çəkilən müəllimlərin

1.Mehdiyeva Pərvin,

2.Seyidova Mehri,

3.Abdullayeva Aygül,

4.Mövsümova Aygün,

5.Səfərova Elvina,

6.Dostiyeva Gülbəyli,

7.Quliyeva Aynur,

8.Haqverdiyeva Gülay,

9.Həsənova Aybəniz,

10.Rüstəmova Nuranə,

11.Mustafayeva Gülnar,

12.Abbasova Şəlalənin qanunsuz olaraq işə götürüldüyü, 112 saat bədən tərbiyyəsi dərsindən yalnız 48 saatı ixtisas müəllimləri arasında bölündüyü, yerdə qalan dərs saatlarının isə qeyri ixtisas müəllimlərinin adına yazılaraq Tofiq müəllim tərəfindən mənimsənildiyi məlum olub.

Ancaq Tofiq Zeynalov onlara da “ xod” taparaq hər ay qanunsuz olaraq cibinə qoyduğu, Təhsil şöbəsinin müdiri Mehdi Əhmədov ilə əlbir olaraq qanunsuz olaraq işə göturdükləri müəllimlərdən qazandıqları 50000 manat puldan 10000 manat verib ki, onun adı qara siyahıya düşməsin. Başqa sözlə o, müəllimləri qanunsuz işə götürməsini ört-basdır edə bilib.

24saat.org

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

FHN-ə sillə kimi cavab: ” Sahibkardan 100 min rüşvət almaq olmaz, Asiman müəllim…” – VİDEO

%d bloqqer bunu bəyənir: