Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ağcabədi İH Yaponiya səfirliyini yalançı çıxarmağa çalışır – ƏLHƏZRƏT FAKT

24SAAT.ORG QÜRURLA TƏQDİM EDİR!

06 May 2016-cı il tarixində saytımızda yayımladığımız “Yaponiya səfirliyi Ağcabədidə də TUALET tikəcək – FAKT” başlıqlı yazıya Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən münasibət bildirilib. Saytımızın elektron poçtuna göndərilən məktubda İH bildirir ki, 11.02.2016 cı il tarixdə saat 13:00-da Ağcabədi rayon İcra Hakimiyyətinin inzibati binasında, Yaponiya Höküməti tərəfindən Azərbaycanda həyata keçirilən “Ot kökləri və İnsan Təhlükəsizliyi” proqramı çərçivəsində dəstəklənən və “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi tərəfindən həyata keçiriləcək “Ağcabədi şəhər məktəblərində gigiyenik şəraitin yaxşılaşdırılması” adlı layihənin imzalanma mərasimi keçirilmişdir.

“Bildiririk ki, Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov qeyd edilən layihə üzrə İmzalanma mərasimində iştirak etməmişdir. Odur ki, sizin yazdığınız məlumat tamamilə yalnışdır. Təkziblə birlikdə həmin tədbirin şəkillərini Sizə göndəririk.

Ağcabədi rayon İcra Hakimiyyəti Hüquq şöbəsi

24saat.org saytı olaraq bildiririk ki, təqdim etdiyimiz mətn və fotolar Yaponiyanın Azərbaycanda fəaliyyət göstərən səfirliyinin rəsmi saytından götürülüb (link: http://www.az.emb-japan.go.jp/upload/pdf/Signing%20ceremony_Agjabedi_11.02.2016_az.pdf ).

Saytda dərc olunan məlumatda Şahin Məmmədovun imzalanma mərasimində iştirak etdiyi həm yazılı şəkildə əksini tapıb, həm də bu məqama aydınlıq gətirəcək fotoya yer verilib. Bütün bunlar isə 24saat.org saytının yayımladığı məlumatın əsassız və Ağcabədi İH-nın iddia etdiyi kimi “tamamilə yalnış” deyil! 

agggggg

YAPONİYA SƏFİRLİYİNİN SAYTINDAN GÖRÜNTÜ

YAPONİYA SƏFİRLİYİNİN RƏSMİ SAYTINDA YAYIMLANAN TƏDBİR HAQDA MƏLUMATI AŞAĞIDAKI LİNKDƏN ENDİRƏ BİLƏRSİNİZ

Signing ceremony_Agjabedi_11.02.2016_az.pdf

24SAAT.ORG

 

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Nazirin açdığı su qurğuları işləmir – Fotolar

%d bloqqer bunu bəyənir: