Advertisements
24 saat

Ağasəlim Mircavadov “Neftçi”də?


Xəbər verdiyimiz kimi, Vəli Qasımovla yollarını ayıran “Neftçi” rəhbərliyi müvəqqəti olaraq komandanı onun köməkçisi Tofiq Mustafayevə tapşırıb. Futbol11.az xəbər verir ki, qarşıdakı günlərdə bakılıların baş məşqçisinin adına aydınlıq gələcək.

Artıq bu yöndə işlərə də start verilib. Əldə etdiyimiz məlumata görə, komandanın “sükanı arxası”na Ağasəlim Mircavadov gətiriləcək. Elə Tofiq Mustafayevin 0:8 hesablı biabırçı məğlubiyyətə baxmayaraq, komandada saxlanılmasının da səbəbi budur. Hazırda Ağasəlim bəylə danışıqlar aparılır. Onun komandaya baş məşqçi kimi gəlməsində AFFA da maraqlıdı. Demək olar ki, 90 faiz məsələ tərəflər arasında razılaşdırılıb.

Qeyd edək ki, Mircavadov “Neftçi” və “Xəzər Lənkəran”da Mustafayevlə birgə çalışıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: