Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ağalarovların Bakı malikanəsində yay əyləncəsi: 150 quzu yeyildi

Xəbər verildiyi kimi ötən həftə sonu Bakıda Rusiya şou-biznesinin bir sıra ulduzlarının iştirakı ilə “Jara” (“Qızmar”) musiqi festivalı keçirilib. Festivalın təşkilatçısı azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov idi. Elə festival da Ağalarovların Xəzər sahilində yerləşən dəbdəbəli “Sea Breeze” otel-malikanəsində keçirilib. Festival Rusiya mediasında böyük rezonans doğurub və günlərdir bu ölkənin maqazin mediası həmin tədbirdən yazır.

Virtualaz.org xəbər verir ki, bu musiqi festivalı Bakı sakinlərinin yaddaşlarında uzun müddət qalacaq. Yüzlərlə elit avtomobillərdən ibarət kortejlər, bahalı şampan şərabları, bir ucdan kəsilən qoyunların kababları…Bu musiqi hadisəsi təşkilatçılara 2.5 milyon avroya başa gəlib və “Eurovision” mahnı yarışmasının Bakıda keçirilən açılış mərasimini öz büdcəsinə görə kölgədə qoyub.
Festivalda iştirak edən şou-biznes əhlini Bakıya gətirmək üçün xüsusi olaraq Moskvadan 500 yerlik çarter reysləri təşkil olunub. Burada iştirakçıları milli rəqslərlə qarsalayıblar.
Estrada ulduzları və onların personalı üçün “Jumeirah Bilgah Beach Hotel”-də dəniz mənzərəli 100 lüks nömrə bronlanıb. Daha 190 nömrə isə təşkilati heyət və jurnalistlər üçün “Boulevard Authograph Collection” spa-kompleksində ayrılıb. Bakı festivalında iştirak etmək üçün artistlərdən bir çoxu qastrol turlarını təxirə salıblar.
Festivalın açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AZAL prezidenti Cahangir Əsgərov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
Festivalın qonaqları üçün hər gün Bakının ən yaxşı restoranlarında ziyafətlər təşkil edilib. Qonaqlar xüsusən İçərişəhərdəki “Karvansaray” restoranını bəyəniblər. İki gün ərzində birbaşa konsert meydançasında da qonaqlara yeyib-içmək veriblər. Life.ru hesablayıb ki,  iki günlük festival zamanı bir neçə yüz şüşə “Moet Chandon” şampanı içilib, yüzdən çox qəlyan çəkilib və qonaqlara yemək hazırlamaq üçün 150 cavan qoyun, yəni quzu kəsilib. Finalda Emin Ağalarov vəd edib ki, gələn il festival daha da dəbdəbəli olacaq, iki gün yox, dörd gün davam edəcək.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Azərbaycanın zəngin uşaqlarının lüks həyatı (FOTO)

%d bloqqer bunu bəyənir: