Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ağ Evdən Gülənlə bağlı yeni açıqlama

Fətullah Gülən mövzusu ABŞ və Türkiyə arasında müəyyən gərginlik yaratdı və bunun qısa zamanda yoluna qoyulması gözlənilmir. Nurçu liderin ekstradisiyası hüquq çərçivəsində həyata keçirilməlidir. Co Bayden də məhz bunu nəzərdə tuturdu.

Axar.az xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Coş Ernest ABŞ vitse-prezidenti Co Baydenin “Keşkə Gülən ABŞ yerinə, başqa bir ölkədə yaşayardı” fikrinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, dünən Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutmuşdu. Görüşün əsas mövzusu məhz terrorçubaşı Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsi olmuşdu.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Dağlıq Qarabağ münaqişəsinin dini əsasları yoxdur -Rus Pravoslav Kilsəsi

%d bloqqer bunu bəyənir: