Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SON DƏQİQƏ

Ağ Evdə bomba həyəcanı

ABŞ Prezidenti Barak Obamanın iqamətgahı, Ağ Evin şimal hissəsində şübhəli paket akşar edilib.

Axar.az xəbər verir ki, ABŞ təhlükəsizlik xidməti hadisə ilə bağlı ərazidə giriş-çıxışları bağlayıb.

Şübhəli bağlama Ağ Evin həyətinə dəmir barmaqlıqların arasına atılıb və bu səbəbdən bir nəfər saxlanılıb. Partlayıcı maddə mütəxəssislərinin hadisə yerinə gələrək araşdırma apardığı bildirilir.

“Reuters”in məlumatına görə, Prezident Obama “Anım günü” səbəbindən Ağ Evdə olub və içərdəki jurnalistlərin çölə çıxışına icazə verilməyib.

Qeyd edək ki, son illərdə Ağ Evdə bu cür hadisələr intensiv hal alıb.

Ötən il Ağ Evin dəmir barmaqlıqlarını keçərək həyətə daqxil olan şəxs yalnız 20 metr irəlilədikdən sonra saxlanılmışdı.

2014-cü ildə isə Ağ Evin həyətinə girməyə nail olan 42 yaşlı iraqlı qazi Ömər Qonzales əlindəki bıçaqla Obamanın otağına qədər gedib çıxmışdı. Bu hadisədən sonra ciddi tənqid olunan Gizli Xidmətin direktoru Culiya Pirson istefa vermişdi.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Qroznıda misli görünməmiş leysan şəhəri gölə çevirdi – VİDEO

%d bloqqer bunu bəyənir: