Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ağ Ev: “Obama NATO-nun möhkəmləndirilməsini Putinlə müzakirə etməyib”

Barak Obama Rusiya prezidenti Vladimir Putin ilə son söhbəti zamanı Şərqi AvropadaNATO-nun möhkəmləndirilməsini müzakirə etməyib. «Reuters» agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Ben Rods bəyan edib.

“Onlar bu barədə danışmayıb. Söhbət zamanı Ukrayna, Suriya və Dağlıq Qarabağ müzakirə olunub. Düşünürəm ki, Varşavada qəbul olunan qərar Rusiya üçün gözlənilməz olmayıb”, – deyə B.Rods bildirib.

İyulun 8-də Polşanın paytaxtı Varşavada NATO-nun Sammiti işə başlayıb. NATO-ya üzv dövlətlərin liderləri Baltikyanı ölkələr və Polşada dörd çoxmillətli tabor yaratmağa qərar verib.

Xatırladaq ki, iyulun 6-da Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidentiBarak Obama arasında telefon danışığı olub.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

5 polis zabiti öldürənin kimliyi bilindi

%d bloqqer bunu bəyənir: