Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SON DƏQİQƏ

AFFA pulsuz stadionları pulla icarəyə verir – KORRUPSİYA

AFFA tərəfindən inşa olunan stadionlara giriş pulludur.

AFFA tərəfindən Azərbaycanın 10 bölgəsində inşa edilmiş və girişi pulsuz olmalı olan süni örtüklü meydançalar əhaliyə pullu xidmət göstərir.

24saat.org-un araşdırmaları nəticəsində məlum olmuşdur ki, Bakı, Sumqayıt, Ağcabədi, Gəncə və Naftalan şəhərlərində inşa olunmuş stadionlara 15-50 manat arası haqq qoyulub.

affa

Stadionlara nəzarət edən “sahib”lərinə asanlıqla zəng vuraraq və ya stadionun olduğu yerə gələrək bir və bir-neçə saatlığa stadionu pullu kirayəyə götürmək mümkündür. Pulsuz girişdən isə söhbət belə gedə bilməz.

Vətəndaşlar tərəfindən info@affa.az ünvanına edilən şikayətlərə məhəl qoyulmur. Stadionlarda açıq şəkildə “alver” getsə də bunun AFFA-nın aidiyyatı orqanları tərəfindən araşdırılmaması, görməzlikdən gəlinməsi federasiya səlahiyyətlilərinin də bu işdə korrupsiyaya maraqlı olduğunu göstərir.

Pulsuz stadionların siyahısı ilə buradan – http://www.affa.az/index.php/bizim-prioritetlr/nfrastruktur/affa-trfindn-ina-olunmu-sni-rtkl-meydanalar/2542 tanış ola bilərsiz.

24saat.org

 

 

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Ermənilərlə azərbaycanlıların bir evdə yaşadığı şəhər – Fotolar

%d bloqqer bunu bəyənir: