Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
105243

ADPU-nun rektoru UNESKO- nun təhsil ekspertləri ilə görüşüb

ADPU-nun rektoru, professor Cəfər Cəfərov noyabr ayının 10-da universitetdə UNESKO-nun təhsil ekspertləri ilə görüşüb. Görüşdə ADPU-nun Təhsilin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin müdiri, dosent Sənan Əliev, Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə, Tədqiqat və İnkişaf Mərkəzinin mütəxəssisi Fəridə Hüseynova iştirak ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqları salamlayaraq görüşün keçirilməsindən məmnun qaldığını bildirib. Rektor Azərbaycanda təhsil sahəsində, o cümlədən ADPU-da həyata keçirilən islahatlar, universitet əməkdaşlarının müasir təhsilə baxışları, yeniliklərin tətbiqi və Avropa təhsilinə inteqrasiya mexanizmləri barədə ətraflı danışıb. Təhsil sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsinin vacibliyini xüsusi vurğulayan rektor UNESKO-nun Azərbaycan təhsilində fəalliyyətini və universitetə verəcəyi faydanı yüksək dəyərləndirib.
Görüşdə ADPU-da ali təhsilin bakalavriat və magistratura pilləsində təhsil alan tələbələrin universitetdə təhsil müddəti və təhsildən sonrakı dövrdə qarşılaşdıqları problemlər, tələbə mübadiləsi proqramlarının işlənib hazırlanması, müəllim hazırlığında müasir yanaşmalar, kurikulumlar və ali məktəb standartlarının tətbiqi haqqında verilən suallar cavablandırılıb.
Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə universitetin Tempus, Erasmus proqramlarına qoşulması və yeni layihələrin həyata keçiriləcəyi barədə məlumat verib.
UNESKO-nun təhsil ekspertləri ADPU-da bu görüşün keçirilməsindən məmnun qaldıqlarını ifadə edərək universitetin rəhbərliyinə, professor-müəllim heyətinə və tələbə kollektivinə uğurlar arzulayıblar. Təhsil ekspertləri ali məktəb kurikulumu çərçivə sənədinin işlənib hazırlanmasını, müasir idarəetmə
mexanizmlərinin öyrənilməsini və tələbələrin Boloniya prosesinə qoşulmasında müasir texnologiyaların tətbiq edilməsini təklif ediblər. Müəllim hazırlığında yeni yanaşmalar, ixtisasdəyişmə, ixtisasartırma və təkrar ali təhsil almaq haqqında yeni strategiyaların öyrənilməsi, UNESKO-ya üzv olan ölkələr ilə sosial şəbəkə yaratmaq və bu şəbəkə vasitəsilə səmərəli diskussiyalara qoşulmağı tövsiyə ediblər.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bakının bir sıra rayonlarında müəllimlərin maaşı gecikdirilir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: