Now Reading:
ADP Rüfət Səfərovun həbs edilməsi ilə bağlı bəyanat yaydı
Full Article 40 second read

ADP Rüfət Səfərovun həbs edilməsi ilə bağlı bəyanat yaydı

ADP Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı bəyanat verib.


Bəyanatda deyilir:
ADP, Sabiq millət vəkili, YAP-ın məşhur simalarından olan, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun övladının 9 il azadlıqdan məhrum edilməsini siyasi qisasçılıq kimi dəyərləndirir, bunu qətiyyətlə pisləyir və dövlət başçısından Konstitusiyada vətəndaşların hüquqlarına təminat verən şəxs kimi ədalətin bərpası naminə bu məsələyə öz mövqeyini bildirməyə, yuxarı məhkəmə instansiyalarını bu qərara ədalətlə yanaşmağa çağırır.
ADP belə hesab edir ki, indiki mürəkkəb beynəlxalq şəraitdə və daxili ağır sosial iqtisadi vəziyyətdə bu cür addımlar daxili sabitliyi təhdid etməklə ölkədə arzu olunmaz proseslərə rəvac verə bilər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: