Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ADNSU rektoru Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb – Fotolar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşüb.

Rektor Meksika dövləti və xalqının Azərbaycan üçün həmişə xüsusi yeri olduğunu, ADNSU-nun məzunları arasında 3 meksikalının olduğunu bildirib. ADNSU-nun Azərbaycanın ən qədim II universiteti olduğunu qeyd edən rektor bu ali təhsil məktəbinin Avropa və Asiyada neft-qaz profilli ilk texniki universitet olduğunu vurğulayıb. Professor Mustafa Babanlı keçmiş SSRİ-də bu ali məktəbin ən yaxşı 10 ali təhsil müəssisəsi arasında yer aldığını, xarici ölkələr üçün mütəxəssislərin hazırlanması baxımından isə 3 əsas universitetdən biri olduğunu bildirib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə universitetin bundan sonra sənaye üçün mütəxəssislər də hazırlayacağını söyləyən rektor bununla bağlı ali məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində geniş islahatların aparıldığını nəzərə çatdırıb. O ADNSU-da 32 ixtisas üzrə tədrisin həyata keçirildiyini, ali məktəbdə 9 mindən artıq tələbənin təhsil aldığını bildirib. ADNSU-nun professor-müəllim heyətinin sayının təqribən 700 nəfər təşkil etidiyni qeyd edən rektor Mustafa Babanlı onlardan təqribən 100 nəfərinin elmlər doktoru və professor, 400-dən artıq hissəsinin isə elmlər namizədi və dosent olduğunu qeyd edib. O hazırda ADNSU-da 19 ölkədən 400-dək əcnəbi tələbənin təhsil aldığını bildirib. Professor Mustafa Babanlı səfir və onu müşaiyət edən nümayəndə heyətinə yeni yaradımış Fransız-Azərbaycan Universiteti (UFAZ) haqqında məlumat verib. O UFAZ-ın tələbələrə 4 ixtisas üzrə ən yüksək standartlara uyğun təhsil verəcəyini,buranın məzunlarına ADNSU-nun diplomu ilə yanaşı Strasburq Universitetinin də diplomunun veriləcəyini söyləyib. Rektor Mustafa Babanlı Meksika səfiri ilə görüşün bu ölkənin ali məktəbləri ilə ADNSU arasında əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Səfir Xuan Rodriqo Labardini Flores səmimi qəbula görə professor Mustafa Babanlıya təşəkkürünü ifadə edərək Meksika ilə Azərbaycan arasında bir sıra səhələrdə, o cümlədən təhsil və elmi tədqiqat səhələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş potensialın olduğunu bildirib. O Meksikanın ali məktəbləri ilə ADNSU arasında əməkdaşlıq əlaqələrinin qurulmasına hərtərəfli kömək göstərməyə hazır olduğunu bildirib. Səfir vaxtilə ADNSU-da təhsil almış tələbələri axtarıb tapacaqlarını bildirib. ADNSU rektoru M.Babanlı həmin tələbələri növbəti il məzun günündə iştirak etməyə dəvət etdiyini qeyd edib.
Meksika səfirliyinin rəhəbərlik etdiyi nümayəndə heyətinin üzvü, Meksika Neft İnstitutunun şöbə müdiri dr.Viktor G.Ortiz Gallardo təmsil etdiyi ali məktəb haqda məlumat verib. Bu ali məktəbin elmi tədqiqat institutu olduğunu və burada tədiqiqatların aparılması və kadr hazırlığı ilə məşğul olunduğunu qeyd edən dr. Viktor G.Ortiz Gallardo elm sahəsində ikitərəfli əməkdaşlıq
potensialının olduğunu vurğulayıb. Görüşdə ADNSU ilə Meksika Neft İnstitutu arasında Əməkdaşlıq haqqında Memorandumun hazırlanmasına dair razılıq əldə olunub.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Kərəm Həsənov və Abdin Fərzəliyevin bina əməliyyatı

%d bloqqer bunu bəyənir: