Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

AÇ-2016: UEFA üçün rekord gəlir

Bu gün start veriləcək Avropa çempionatı artıq bir sıra nüanslarla tarixə düşüb. Apasport.az saytının məlumatına görə, Fransada keçiriləcək qitə birinciliyi turnirin tarixi ərzindəki ən çox gəlir gətirən yarış olacaq.

Qitənin ali futbol qurumu qarşıdakı bir ay ərzində davam edəcək birincilikdən rekord məbləğdə 2 milyard avro gəlir əldə edəcək. Bu isə 4 il öncəki çempionatdan 600 milyon avro daha çoxdu. Gəlirdə belə böyük artım ilk növbədə turnirinin iştirakçılarının 16-dan 24-dək artırılması ilə bağlıdır.

UEFA təkcə teleyayımdan 1.05 milyard qazanacaq ki, bu da 4il öncəkində 25% daha çoxdur. Sponsor ödənişləri də 40% artıb və 450 milyona çatıb. 112 milyon isə bilet satışından əldə edilib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Doğuşda ananı “əməliyatxanada qoyub qaçan” həkimdən – CAVAB

%d bloqqer bunu bəyənir: