Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ac əhali prezident sarayına yürüş etdi

Venesuelanın paytaxtı Karakasda yüzlərlə etirazçı “bizə yemək lazımdır” şüarları ilə prezident Nikolas Maduronun iqamətgahı olan Miraflores sarayına doğru yürüş edib.

APA-nın verdiyi xəbərə görə, etirazçıları qarşılayan aşayiş qüvvələri onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bildirilir ki, ani etiraz dalğası bir qrup şəxsin ərzaq malları ilə dolu olan yük maşınını oğurlamaq cəhdindən sonra baş qaldırıb.

Qeyd edək ki, Venesuelada ağır iqtisadi və siyasi böhran davam edir. Ölkənin valyuta daxilolmalarının əsas mənbəyi olan neft qiymətlərinin enməsi vəziyyəti kritik həddə çatdırıb.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

24 yaşlı müəllimə 13 yaşlı şagirdindən hamilə qaldı – ŞOK

%d bloqqer bunu bəyənir: