ABŞ və Rusiya təyyarələri üz-üzə gəldi


Suriya səmasında Rusiya və ABŞ təyyarələri bir-birinə təhlükəli dərəcədə yaxınlaşıb.

Axar.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) sözçüsü general Cefri Harriqan deyib.

General olayın 17 oktyabrda ölkənin şərqində baş verdiyini bildirib:

“Rusiya qırıcısı ABŞ təyyarəsinin yaxınlığında manevr edib”.

İŞİD-ə qarşı koalisiyasının sözçüsü Con Dorian da bu hadisədə pis niyyətin olmadığını qeyd edib:

“Təyyarələr bir-birinə 800 metrə qədər yaxınlaşıb. Rus qırıcısı koalisiya təyyarəsinin önündən keçib. Tərəflər bir-birilə əlaqə saxlayıb. Bir gün sonra isə məsələ ilə bağlı müzakirə aparıldı”.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Rusiya BMT Şurasından çıxarıldı

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: