ABŞ üçün terror təşkilatı strateji müttəfiqdən niyə önəmlidir?

Zərdüşt Əlizadə: “Nə ABŞ-a sərf edirsə, onu da müdafiə edir”

Türkiyənin Suriyada həyata keçridiyi anti-terror əməliyyatları çərçivəsində türk ordusunun sadəcə İŞİD-i deyil, həm də PYD-ni hədəf alması ABŞ-ın ciddi narazılığına səbəb olub. Məhz bu səbəbdən də Pentaqon Türkiyədən dərhal hərbi əməliyyatları dayandırmağı tələb edib.

Maraqlıdır, ABŞ-ın PYD-ni müdafiə etməsi nə ilə bağlıdır? Niyə Pentaqon öz strateji müttəfiqini deyil, hansısa terror təşkilatını müdafiə edir?

Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Məsələ bundadır ki, ABŞ hər zaman onun maraqlarına cavab verən hərəkat və təşkilatları dəstəkləyib, onları müdafiə edib. Yəni nə ki, ABŞ-ın marağına cavab verir, ABŞ elan edir ki, o düzdür və demokratikdir. Nə ki, ABŞ-ın marağına cavab vermir, ABŞ onun səhv və anti-demokratik olduğunu bəyan edir. 80-ci illərin sonlarında erməni millətçiləri baş qaldıranda ABŞ bu hərəkatı müdafiə edirdi. Çünki bu hərəkat mahiyyət etibari ilə SSRİ-ni dağıdırdı. Hətta Ermənistanda yaşayan azərbaycanlılar deportasiya olunanda ABŞ Qorbaçovdan ermənilərin müdafiəsini xahiş etmişdi. Bu gün də PKK və PYD-nin mövcudluğu ABŞ-ın marağına cavab verir. Ona görə də Türkiyənin PYD-yə zərbə vurması onu narahat edir.

Doğrudur, Türkiyə ABŞ-la müttəfiqdir və öz siyasətində bunu nəzərə alır. Lakin Türkiyə üçün daha önəmli olan Türkiyənin öz maraqlarıdır və Türkiyə bu maraqları müdafiə etməyə qadir olan bir dövlətdir”.

 

Loading...

Prezidentin taleyi vitse-prezidentin əlindədir-Ədalətin şıltaqlığı

Sonrakı Yazı »

Sentyabrın 5-dək bütün dərsliklər şagirdlərə paylanacaq

%d bloqqer bunu bəyənir: