Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ABŞ Türkiyənin “qırmızı xətti”nə hücum edəcək

ABŞ Mərkəzi Qüvvələr komandanı (CENTCOM) general Cozef Votel Rojavaya səfəri zamanı təşkil etdiyi toplantıda Rakka əməliyyatı ilə yanaşı, Fərat çayının qərb sahili, Münbic və Cerablus şəhərlərinin ələ keçirilmə planının olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə PKK-nın Suriya qanadı PYD-nın komandanı İbrahim Müslüm deyib.

Müslümün sözlərinə görə, PYD Türkiyə-Suriya sərhədində daimi bağlantı yaratmaq üçün Azez-Cerablus xəttini tutmalıdır:

“Kobani və Afrini birləşdirmək üçün Türkiyənin “qırmızı xətti” sayılan Fərat çayının qərbini ələ keçirib, Azez-Cerablus xəttinə çıxmalıyıq”.

Qeyd edək ki, bundan öncə də yayılan məlumatlarda ABŞ-ın İŞİD-i Türkiyə sərhədində işğal etdiyi ərazilərdən sıxışdırıb çıxarıb, yerində PYD-ni gücləndirəcəyi bildirilmişdi.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Rakkaya kürdlər deyil, ABŞ əsgərləri hücum edir

%d bloqqer bunu bəyənir: