Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ABŞ Türkiyədə raket sistemləri yerləşdirir

ABŞ Türkiyənin Suriya ilə sərhəd bölgəsində raket sistemləri yerləşdirəcək.

Bunu yerli mətbuata Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu deyib.

O aprelin 26-da “Habertürk” qəzetinə müsahibəsində bunun mayda baş verəcəyini deyib.

Cavusoglu bildirib ki, məqsəd “İslam dövləti” qrupunun nəzarətində olan ərazilərdən mümkün raket hücumlarının qarşısını almaqdır.

O deyib ki, bu sistemlər ölkənin cənub-şərqində yerləşdiriləcək və məqsəd Suriyanın Manbij şəhəri ilə sərhəd bölgəsini möhkəmləndirməkdir.

Qeyd edək ki, bu bölgə dəfələrlə Suriya ərazisindən raket atəşinə tutulub.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Lukaşenko Panama sənədlərini müsbət qiymətləndirir

%d bloqqer bunu bəyənir: