ABŞ təyyarəsi Mosulda qızlar məktəbinə zərbə endirib

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə İraqın Mosul şəhərinin cənubunda yerləşən qızlar məktəbinə zərbə endirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy bildirib.

O həmçinin oktyabrın 22-də Mosuldan 20 km şərqdə yerləşən Qaraköş yaşayış məntəqəsinə güclü hava zərbələrinin endirildiyini bildirib.

“ABŞ Hərbi-Hava Qüvvələri həmçinin oktyabrın 23-də Mosul yaxınlığındakı Qaraqharab və Əş-Şura yaşayış məntəqələrinə də raket-bomba zərbələri endirib. Zərbələr nəticəsində xeyli sayda sosial təyinatlı obyektlər dağıdılıb”, – deyə Rudskkoy əlavə edib.

Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın zərbələri nəticəsində son üç gündə 60-dan çox dinc sakin ölüb, 200-dən çox adam yaralanıb.

15 nəfəri öldürən penoplast deputatın “Kristal Abşeron”una üzlənib – Şikayət

Sonrakı Yazı »

FES faizləri artıracaqmı?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: