Loading...
Loading...

ABŞ Suriyada “yaxalanan” amerikalı hərbiçilər haqda danışmaqdan imtina etdi

ABŞ Dövlət Departamenti təhlükəsizlik tədbirlərini rəhbər tutaraq Suriyada çəkilmiş şəkillərdə Amerika xüsusi təyinatlarının görünməsini şərh etməkdən boyun qaçırıb.

Virtualaz.org «RİA Novosti»yə istinadən xəbər verir ki, gündəlik ənənəvi brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner deyib:

“Biz öncə də bildirmişdik ki, onlar (ABŞ xüsusi təyinatlıları) Suriyanın demokratik qüvvələrinə dəstək vermək məqsədilə ölkənin şimalında yerləşdiriliblər. Lakin mən əlavə təfərrüatları söyləyə bilmərəm. Düşünmürəm ki, bu onların operativ təhlükəsizliyinə xidmət edərdi”.

Virtualaz.org-un az öncə xəbər verdiyi kimi, “Frans Press” agentliyi Rakka şəhərinin yaxınlığında Amerika hərbçilərinin əks olunduğu fotoşəkilləryayımlayıb.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

ABŞ Türkiyənin “qırmızı xətti”nə hücum edəcək

Loading...
%d bloqqer bunu bəyənir: