Loading...
Loading...

ABŞ Senatı Dağlıq Qarabağa yenə yardım ayırmaq istəyir

ABŞ Senatının Təxsisatlar (maliyyə ayırmaları) Komitəsi Dağlıq Qarabağa maddi yardım ayrılması tövsiyəsi ilə çıxış edib.

APA-nın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, komitə 2017-ci maliyyə ili üzrə “Dövlət və xarici təxsisatlar” (ayırmalar) qanun layihəsini təsdiqləyib. Qanun layihəsində göstərilir ki, komitə Dağlıq Qarabağ münaqişəsi qurbanlarına və münaqişənin davam etməsi ilə əlaqədar yaranan ehtiyacların ödənməsi məqsədilə yardım ayrılmasını və məbləğin ötənilki maliyyə ili layihəsində göstərilən məbləğdə olmasını tövsiyə edir.

Qanun layihəsində Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllinə çağırış əksini tapıb: “Komitə hesab edir ki, Dağlıq Qarabağda adambaşına düşən mina hadisələri dünyada ən yüksəkdir və minadan təmizlənmə proqramları tətbiq edildiyi sahələrdə effektli olub. Komitə minadan təmizlənmə fəaliyyətlərinə ərazi məhdudiyyətinin tətbiq edilməsindən narahatdır və bu kimi proqramların coğrafi cəhətdən genişlənməsi üçün maliyyə ayrılmasını təklif edir”.

Azərbaycana isə 10 milyon 935 min dollar maliyyə yardımı ayrılmasını təklif olunur. Bu rəqəm Ermənistan üçün 24,112 milyondur. Layihədə hər iki ölkədə beynəlxalq hərbi təlim və tədris üçün 600 min dollar, xarici hərbi maliyyələşdirmə proqramları üçün 1 milyon dollar maliyyə yardımı ayrılması göstərilib.

Xatırladaq ki, ötən il ABŞ Senatı tərəfindən qəbul edilmiş 2016-cı maliyyə ili üzrə “Dövlət və xarici təxsisatlar” qanun layihəsində də Dağlıq Qarabağa yardım ayrılması tövsiyə olunmuşdu. Lakin dekabrın 18-dən Konqresin təsdiqi ilə qüvvəyə minən qanunda ABŞ-ın Azərbaycanın işğal altındakı ərazilərinə (Dağlıq Qarabağa) hər hansı formada yardımını nəzərdə tutan heç bir müddəa yer almayıb.

2014-cü maliyyə ilindən etibarən ABŞ Konqresi qəbul etdiyi yekun təxsisatlar qanununa Azərbaycanın işğal altındakı ərazilərinə hər hansı formada yardım göstərilməsini nəzərdə tutan müddəanı daxil etmir. Lakin 1998-2013-cü maliyyə illəri üzrə Konqresin qəbul etdiyi qanunlarda və ya onun əlavəsində Azərbaycanın işğal altındakı ərazilərində icra olunan müxtəlif layihələrin ABŞ tərəfindən maliyyələşdirilməsi üçün istifadə edilən bənd olub.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Qarabağla bağlı şok sənədlər üzə çıxdı…

Loading...
%d bloqqer bunu bəyənir: