ABŞ seçkisinin əsl proqnozunu sorğular yox, pul verir


“The İndependent” qəzetində Bryan Cranston yazır ki, ABŞ-da bir çox seçicilər seçkidə kimin qalib gələcəyini bilmək üçün rəy sorğularını izləyirlər.

Lakin müəllif bildirir ki, son 10 il ərzində rəy sorğuları seçki nəticələrini doğru müəyyən edə bilməyib.

Cranston yada salır ki, 2012-ci ilin prezident seçkisi ərəfəsində Gallup və Rasmussen kimi mötəbər sorğu şirkətləri qələbə proqnozunu Mitt Romney-ə vermişdilər, lakin seçkini Barack Obama uddu.

Cranstonun fikrincə seçki nəticələrini proqnozlaşdırmağın bir köhnə və etibarlı üsulu var: Sadəcə olaraq pulu izləmək lazımdır.

Məqalədə deyilir ki, sentyabrın 21-ə olan məlumata görə Clinton-un seçki kampaniyası 516 milyon dollar toplayıb. Bura onun partiyasının səfərbər etdiyi donorlardan alınan (bu pulu super PAC də adlandırırlar) pullar da daxildir. Lakin Trump-ın partiya dəstəyi ilə topladığı pul 40 milyon dollar təşkil edib.

Müəllif yazır ki, seçkinin nəticəsini müəyyən etmək üçün fondtoplama düzgün göstərici sayılmaya da bilər. Məsələn Trump-ın Clinton qədər pul toplamasına ehtiyacı yoxdur. O bir bəyanat verən kimi bütün mətbuat bundan yazır və beləliklə Trump-ı pulsuz olaraq reklam edirlər. Bu mənada Trumpa baxanda Hillary Clinton elə də maraqlı obraz deyil.

Lakin proqnoz üçün ən yaxşısı partiyanın öz namizədi üçün topladığı pul deyil. Məsələn 2012-ci ildə respublikaçıların Mitt Roimney üçün topladıqları vəsait demokratların Obamaya yığdıqları puldan çox idi.

İndiki seçkidə hər iki partiyadan namizədlərçün gələn pullar azalıb. Lakin respublikaçılardan gələn pullar 2012-ci ildən bu yana 95 fazi azalıb!

Əsas proqnoz göstəricisi super-Pac-lərdən gələn pullardır.
olk
Bloomberg-in verdiyi məlumata görə dörd əsas super-PAC bu kampaniyada Clintona 158 milyon dollar, Trump-a isə cəmi 16 milyon dollar verib.

“Bəs respublikaçıların donorları harda qalıblar?” – deyə sual edir müəllif.

Məqalədə bu xüsusda sadə bir müqayisə aparılır. Məsələn 2012-ci ildə Las Vegas milyarderi Sheldon Adelson Obamanı uduzdurmaq üçün 150 milyon dollar vermişdi, amma bu seçkidə həmin Adelson Trump-a cəmi 500 min dollar verib.

“The İndependent” yazır ki, adamlar pullarını adətən dəstəklədikləri namizədin qələbəsi üçün ianə edirlər. Belə çıxır ki, 2016-cı ildə respublikaçıların donorları Trump-ın qələbə qazana biləcəyinə inanmırlar.

Bu da qeyd olunur ki, Trump öz kampaniyasına öz pulundan 50 milyon dollar xərcləyib, amma bu, nə puldur ki? 1992-ci ildə Texas milyarderi öz kampaniyasına 60 milyon xərcləyib yarışda yalnız üçüncü ola bilmişdi.

“The İndependent” yazır ki, pullardan yalnız fondtoplama üçün istifadə olunmur. Kampaniyaçılara maaşlar da bu pullardan verilir. Hazırda xanım Clinton-un maaşlı kampaniyaçılarının sayı Trump-ın kampaniyaçılarından üç dəfə çoxdur.

Müəllif qeyd edir ki, ən yaxşı proqnozu seçici dəstəyi yox, pul verir. Pul məsələsində isə Trump-ın işləri o qədər də yaxşı deyil.

(bbc azəri)

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Türkiyənin serial sektoru 1 milyard dollarlıq satış hədəfləyir

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: