Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
_92375964_036316502-1

ABŞ şəhərlərində Trump-a qarşı etirazlar başlayıb

ABŞ-ın bir neçə şəhərində Donald Trump-ın seçkilərdə qalib gəlməsinə etiraz aksiyaları keçirilir.

Minlər etirazçı “Sən mənim prezidentim deyilsən” qışqırıb və iş adamının narıncı kuklası yandırılıb.

Cənab Trump Hillary Clinton üzərində surpriz qələbə qazandıqdan sonra ABŞ-ın 45-ci prezidenti olacaq.

O Ağ Evdə yumşaq keçidi həyata keçirmək üçün Barack Obama ilə danışıqlar ərəfəsindədir.

Cənab Trump-ı “uyğunsuz” adlandıran və ona qarşı kampaniya aparan cənab Obama bütün amerikalıları çərşənbə axşamı gününün nəticələrini qəbul etməyə çağırıb.

“Biz indi onun ölkəni birləşdirən və rəhbərlik edən uğuruna doğru gedirik”.

Xanım Clinton da dəstəkçilərinə cənab Trump-a “liderlik etmək şansı” verilməli olduğunu deyib.

A Trump effigy is incinerated in Los Angeles

Çağırışlara baxmayaraq ölkənin bir çox şəhərlərində etirazlar keçirilib.

New York-da minlərlə insan Trump Tower qarşısında nümayiş keçirib, cənab Trump-ın immiqrasiya, LGBT haqları və reproduktiv haqlar barədə siyasətinə etiraz edib. New York Times yazır ki, 15 nəfər həbs olunub.

California-da Oakland-da etirazlar əsasən dinc idi, amma bəzi etirazçılar dükanların pəncərələrini sındırıb və polis onlara gözyaşardıcı qazla cavab verib

Los Angeles-də Trump-a qarşı kütləvi nümayişə görə əsas pulsuz yol bağlanıb.

Chicago-da kütlə Trump Tower-in girişini tutaraq qışqırıb, “Trump-a yox, KKK-ə yox, faşist ABŞ-a yox”

Portland-da Oregonda nümayişçilər ştatlar arası yolu tutub.

Bundan başqa, Philadelphia, Boston, Seattle və San Francisco-da da nümayişlər keçirilib.

Chicago

Image captionEtirazların çoxu dinc olub
Protesters in Chicago

Image captionChicago-dakı Trump Tower-in qarşısında da etirazlar keçirilib
demonstrator in san francisco

Image captionCənab Trump-ın seçilməsi çoxunu sarsıdıb

 

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Türkiyədə daha bir partlayış: Bələdiyyə sədri yaralandı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: