Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ABŞ səfirliyi İrəvandakı qiyamçılara çağırış etdi

ABŞ-ın Ermənistandakı səfirliyi İrəvanda baş verən hadisələrlə bağlı bəyanatla çıxış edib.

Virtualaz.org Novosti-Armeniya-ya istinadən bildirir ki, bəyanatda girov götürülmüş tibb işçilərinin dərhal azadlığa buraxılması tələb olunur: “Biz bütün tərəfləri maksimal təmkin nümayiş etdirməyə, qanun çərçivəsində hərəkət etməyə və vəziyyətin sülh yolu ilə həll edilməsinə sadiq qalmağa çağırırıq. Xüsusən, KİV-də tibb işçilərinin girov saxlanması ilə bağlı xəbərlər narahatlıq doğurur. Belə davranışlar qəbuledilməzdir və əgər məlumat həqiqəti əks etdirirsə, biz bu şəxslərin dərhal azad edilməsinə çağırırıq”.

Qeyd edək ki, Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayan “Sasna çrer” silahlı qruplaşmasının üzvləri bir qrup tibb işçisini girov götürüb. Onlar səhiyyə naziri Armen Muradyanın cərrah briqadası ilə Polis şöbəsinin binasına gələcəyi təqdirdə, tibb işçilərini buraxacaqlarını bildiriblər. Səhiyyə naziri A. Muradyan binaya daxil olmaq istəsə də, polis buna icazə verməyib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Rus hərbi gəmisi İstanbul boğazında

%d bloqqer bunu bəyənir: