Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ABŞ səfirindən Qarabağ mesajı: “Hamı münaqişənin həllini gözləyir”

ATƏT-in Minsk Qrupunun həmsədrləri, ABŞ hökuməti Ermənistan və Azərbaycan prezidentlərinin iyunda baş tutacaq mümkün görüşünün hamımızın can atdığı Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanmasına gətirib çıxaracağına ümid edir.

Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, bunu Yerevanda keçirilən ABŞ-Ermənistan biznes konfransı çərçivəsində jurnalistlərlə söhbət zamanı ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Mills deyib.

Diplomatın qiymətləndirməsinə görə, Vyanadan gələn xəbərlər ümidvericidir.

“Bu, nailiyyət idi, belə ki, hər iki tərəf 1994-1995-ci il razılaşmalarına sadiqliklərini təsdiqləyib”, – deyə Mills vurğulayıb.

Təmas xəttində insidentlərin araşdırılması mexanizminin yaradılması ilə bağlı qəbul edilən qərarın müsbət qiymətləndirilməli olduğunu söyləyən səfir, bunun tərəflərin xoş məram və hazırlıqlarının göstəricisi olduğunu bildirib.

“Minsk Qrupunun həmsədrləri ardıcıl xətt yeritməyə və hazırkı tendensiyanı inkişaf etdirməyə hazır olduqlarını bildiriblər”, – Riçard Mills qeyd edib.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Oqtay Əsədov Rusiyaya gedir

%d bloqqer bunu bəyənir: