Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ABŞ səfiri Ermənistanın nüvə silahına malik olması iddiası haqda

ABŞ kütləvi qırğın silahlarının yayılması və tətbiqinin qəti əleyhinədir, o cümlədən də nüvə silahının.

24saat.org un məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Ermənistanın fosfor bombalarından istifadə etmə faktını və Yerevanın nüvə silahının yaradılması haqqında bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, 31 mart-1 aprel tarixində ABŞ-da keçirilmiş nüvə sammitində həm Prezident İlham Əliyev, həm də Serj Sarkisyan iştirak edib: “Bu sammitdə ABŞ Prezidenti Barak Obamanın diqqət ayırdığı əsas məqam nüvə silahlarının yayılmasının qarşısının alınması idi. Sammitdəki mövqeyimiz bir daha göstərir ki, biz harada olmasına baxmayaraq, nüvə silahının tətbiqinin əleyhinəyik. Bu bizim rəsmi mövqeyimizdir”.

R.Sekuta əlavə edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərini yenidən danışıqlar masası arxasına oturmağa çağırır: “Mən, eləcə də həmsədr (Ceyms) Uorlik dəfələrlə bəyan etmişik ki, tərəflər yenidən danışıqlar masası arxasına oturmalıdırlar və biz onları geniş hərtərəfli sülh müqaviləsini bağlamağa çağırırıq. Biz hesab edirik ki, bu vacibdir”.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

İŞİD Homsda iki qaz yatağını ələ keçirdi

%d bloqqer bunu bəyənir: