Now Reading:
ABŞ Səudiyyənin təhdidinə məhəl qoymadı – Qanun layihəsi qəbul olundu
Full Article 50 second read

ABŞ Səudiyyənin təhdidinə məhəl qoymadı – Qanun layihəsi qəbul olundu



ABŞ Senatı 11 sentyabr hadisələri zamanı həlak olanların yaxınlarının Səudiyyə Ərəbistanına qarşı iddia qaldırmağa imkan verən qanun layihəsini təsdiqləyib.

Avropa.info xəbər verir ki, ABŞ və Səudiyyə Ərəbistanı əlaqələrinin pisləşməsinə səbəb olan qanun layihəsinə görə 11 sentyabr hadisələri zamanı həlak olanların yaxınları Səudiyyə Ərəbistanına qarşı iddia qaldıra və təzminat tələb edə biləcəklər.

Senatda keçirilən səsvermə zamanı səsvermədə iştirak edənlərin hamısı bir demokrat və bir respublikaçı senator tərəfindən hazırlanan qanun layihəsinin lehinə səs veriblər.

Layihə həmçinin 11 sentyabr hücumlarında ölən şəxslərin ailələrinə hücumlarda Səudiyyə rəhbərlərinin rolu ola biləcəyi səbəbiylə ABŞ məhkəmələrində iddia aça bilmək hüququ tanıyır.

ABŞ-da 1976-cı ildə qəbul olunan bir qanın, başqa ölkələr haqqında Amerika məhkəmələrində iddia qaldırılmasına mane olurdu.

Senatdan bu gün keçən qanun layihəsi, 1976-cı ildə qəbul olunmuş qanunun məsələylə bağlı hissəsində istisnalar edilməsinə imkan verir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: