24 saat

ABŞ səfiri: “Biz Azərbaycanla daha sıx münasibət istəyirik"


“ABŞ və Azərbaycan arasında əlaqələr yaxşı səviyyədədir”.

Virtualaz.org-un məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, hər iki tərəf əlaqələrin inkişafı üzərində işləyib, addımlar atıb: “Deyə bilərəm ki, ikitərəfli münasibətlərimiz indi daha güclüdür. Biz Azərbaycanla daha sıx münasibət istəyirik və düşünürük ki, daha yaxşısına nail ola bilərik”.

R.Sekuta həmçinin bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək üçün Azərbaycan və Ermənistanla işə sadiq olaraq qalır: “Həmkarım səfir Ceyms Uorlikin ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə Azərbaycana səfəri bu məsələnin həllinin axtarışı üçün cari səylərin bir hissəsidir”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: