24 saat

ABŞ Rusiyaya qarşı sanksiya siyahısına daha 17 nəfəri əlavə etdi


Vaşinqton Ukrayna ilə bağlı Rusiyaya qarşı sanksiya siyahısına 17 şəxsi əlavə edib.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilir.

Məlumata görə, siyahıya Krım hökumətinin 8 naziri, həmçinin Federal Təhlükəsizlik Xidmətinin və İstintaq Komitəsinin Krım üzrə idarələrin rəhbərləri daxil edilib

Siyahıya həmçinin Donetsk və Luqansk separatçı “respublikaları”nın rəhbər şəxsləri və rusiyalı diplomat Georgi Muradov daxil edilib. Bundan başqa, ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın “Qazprom” holdinqinin bir neçə törəmə şirkətinə qarşı sanksiya tətbiq edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: