ABŞ Qarabağda atəşkəsin pozulmasını qətiyyətlə pisləyib

con-kerri2ABŞ Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasını qətiyyətlə pisləyib və tərəfləri təmkinliyə çağırıb. “Münaqişənin hərbi yolla həlli yoxdur”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.

“ABŞ dinc əhali arasında da ölümlə nəticələnən Dağlıq Qarabağda qoşunların təmas xətti boyunca atəşkəs rejiminin genişmiqyaslı şəkildə pozulmasını qətiyyətlə pisləyir”, – deyə Kerri qeyd edb.

“Biz bütün tərəfləri təmkinlik göstərməyə və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq… Biz bir daha təkrarlayırıq – münaqişənin hərbi yolla həlli yoxdur. Həmsədr ölkə olaraq ABŞ dayanaqlı və razılaşdırılmış sülhə nail olmaq üçün münaqişə tərəfləri ilə işləməyə sadiqdir”, – deyə Kerri əlavə edib.

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Ermənilər panikada: Bir bölük məhv edildi – Erməni mediası

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: