24 saat

ABŞ prezidenti Avropa ilə əməkdaşlıq mesajı ilə Almaniyadadır


ABŞ prezidenti Amerikanın birliyi və Avropa ilə əməkdaşlıq mesajı ilə Almaniyadadır. Barak Obama bütün avropalılara Amerikanın dünya ilə əlaqələrini davam etdirəcəyini bildirib.

“Müttəfiqlərimiz və NATO tərəfdaşlarımız son 70 ildə Amerikanın xarici siyasətinin təməl daşı olub” -deyə prezident vurğulayıb.

Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransında ABŞ dövlət başçısı bildirib ki, Almaniya dünya səhnəsində ABŞ-ın ən layiqli tərəfdaşıdır. O, hər iki ölkənin Paris razılığına qoşulduğuna görə məmnunluğunu ifadə edib.

Almaniya Barak Obmanın prezident kimi son xarici səfərinin mərkəzində yer alır.

Belə ki, Avropanın yüksək iqtisadiyyata malik olan ölkəsi kimi Almaniya Amerikanın əsas ticarət tərəfdaşı və NATO-nun mühüm üzvlərindəndir.

Müşahidəçilər Angela Merkeli milliyətçi hərəkatlarının ardığı Avropada ən qabağcıl liberal səs hesab edir.

Azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: