Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
kikk

ABŞ prezident seçkiləri: Trump FTB-nin Clintonu təmiz çıxarmasını “çirkin” adlandırıb

Donald Trump Federal Təhqiqatlar Bürosunun (FTB) onun rəqibi Hillary Clinton-a şəxsi email-dən istifadəyə dair bəraət verməsindən sonra təşkilatı “nalayiqlikdə” ittiham edib.

FBI direktoru deyib ki, yeni araşdırma zamanı demokratların namizədinin məktubları ilə bağlı büronun yayda verdiyi qərarı dəyişməsi üçün heç bir əsas tapılmayıb.
Clinton kampaniyası deyib ki, uzun sürən məsələnin həll olunmasına “şaddırlar”.
FTB-nin xanım Clinton-un elektron məktubları ilə bağlı araşdırmanı yeniləməsinə dair elanından sonra onun rəqibi ilə arasındakı səs faizi fərqi azalmışdı.
Detroit yaxınlığında keçirilən mitinqdə cənab Trump israrla deyib ki, FTB-nin elan etdiyi 650 min elektron məktubu bu qədər qısa vaxt ərzində baxışdan keçirməsi qeyri-mümkündür.
“İndi o saxta sistem tərəfindən müdafiə olunur. Bu tamamilə saxta sistemdir. Mən bunu uzun müddətdir deyirəm”, cənab Trump Michigan-da seçiçilərinə deyib.
“Hillary Clinton günahkardır, o bunu bilir, FTB bunu bilir, insanlar bunu bilir və indi, noyabrın 8-i seçki qutuları başında ədaləti bərpa etmək Amerika xalqından asılıdır.”
Xanım Clinton özü FTB-ə məktub ünvanlamasa da, onun kampaniyası deyib ki, Clinton-un təmiz çıxacağından əmin idilər.
Bazar günü Manchester-də xanım Clinton deyib ki, ölkə “hesablaşma anı ilə” üz-üzə qalıb və amerikalılar “parçalanma və birlik” arasında seçim etməlidir.
Cənab Comey-in bazar günü Konqresə ünvanladığı məktubda deyilir ki, oktyabrın əvvəli başqa bir araşdırma zamanı tapılan elektron məktublarla bağlı onun müstəntiqləri “gecə-gündüz çalışıb”.
O əlavə edib ki, müstəntiqlər onun elektron məktubları ilə bağlı əvvəlcədən verilən ümumi dəyərləndirməni dəyişdirmək üçün hər hansı səbəb tapmayıb.
Prezident seçkilərində əvvəlcədən iştirak etməyə icazə verilən ştatlarda 42 milyona yaxın amerikalı səsvermə hüququndan istifadə edib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Xəbər spikerinin hərəkəti hər kəsi təəccübləndirdi – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: