ABŞ-ın pilotsuz təyyarələri Yəməndə “Əl Qaidə”nin 3 başçısını məhv edib

ABŞ-ın pilotsuz təyyarələri Yəmənin Abyan əyalətində “Əl Qaidə” terror təşkilatının 3 başçısını məhv edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Zincibar şəhəri yaxınlığında baş verib. ABŞ-ın pilotsuz təyyarələri “Əl Qaidə”nin Yəmən qolunun liderlərinin olduğu iki avtomobilə zərbələr endiriblər.

Ölənlər arasında “Əl Qaidə”nin yerli komandirlərindən Əbu Samehin və təşkilatın Yəmən qolunun əsas “maliyyəçisi” Hosam Əz Zincibarinin olduğu bildirilir.

15 nəfəri öldürən penoplast deputatın “Kristal Abşeron”una üzlənib – Şikayət

Sonrakı Yazı »

Türkiyə ordusu Suriya sərhədində hazır dayanıb – Quru qoşun əməliyyatı gözlənilir

%d bloqqer bunu bəyənir: