Now Reading:
ABŞ ofşor hesablara qarşı
Full Article 40 second read

ABŞ ofşor hesablara qarşı



Mayın 5-də Birləşmiş Ştatlar ofşor hesablardan qanunsuz istifadəyə qarşı mübarizə məqsədilə bir sıra tədbirlər açıqlayıb. Bu günlərdə mediaya sızmış “Panama sənədləri” dünyanın tanınmış simalarının, siyasətçilərinin sərvətlərini ofşor hesablarda gizlətdiyini üzə çıxarmışdı.

Bundan sonra xüsusi vergi zonalarında yerləşən maliyyə qurumları müştəriləri olan şirkətlərin real sahiblərinin adlarını açıqlamalı olacaqlar. Məqsəd saxta şirkətlərin anonimliyini aradan qaldırmaqdır. Vergidən yayınanlar, narkokartellər məhz bu firmalar vasitəsilə çirkli pulları yuyurlar.

“Panama sənədləri” Mossack Fonseca adlı hüquq firmasının 11 milyon sənədindən ibarət idi. Həmin sənədlərdə Azərbaycanın hakim ailə üzvlərinin də adları keçirdi.

Obama Administrasiyasının qəbul etdiyi qaydaları Konqres də dəstəkləməlidir. Qaydalara görə, banklar, səhm fondları, brokerlər və digər maliyyə vasitəçiləri müştəriləri olan şirkətlərdən faydalananlar barədə şəxsi informasiyanı yoxlamalıdırlar.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: