Loading...
Loading...

ABŞ kəşfiyyatından Qarabağ ANONSU: “Ya Sarkisyan torpaqları qaytaracaq, ya da…”

“Rusiya və Qərbdən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan prezidenti Serj Sarkisyana manevrlər etməsi üçün təzyiqlər olanda İrəvanda silahlı qrup polis binasını ələ keçirərək, qiyam başladılar. Hakimiyyətin problemi sülh yolu ilə həll edə bilməməsi əhalinin küçələrə çıxaraq etiraz etməsinə səbəb oldu”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” mərkəzi yazıb.

Mərkəz qeyd edir ki, İrəvandakı hadisələr hər şeydən öncə Qarabağ döyüşçülərinin azlıqda olmalarına baxmayaraq, effektiv gücə malik olduğunu göstərdi: “Silahlı qrup Sarkisyana qarşı çıxmasının səbəblərindən biri kimi aprel məğlubiyyətini göstərir. Eyni zamanda, ölkədə hökumətə qarşı narazılıq insanların qrupun ətrafında toplanmasına səbəb olub. Bu isə Dağlıq Qarabağ ətrafındakı prosesə mane ola biləcək amildir. Aprel toqquşmasından sonra Rusiya və Qərb Qarabağ münaqişəsinin həlli yollarını intensiv şəkildə axtarır. Aprel müharibəsi də danışıqları dalandan çıxarmaq, həmçinin, danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyən Ermənistana təzyiq etmək məqsədi daşıyırdı və görünən odur ki, buna nail olundu. Lakin başlanan danışıqlar Ermənistanda hökumətin mövqelərini alt-üst etdi. Bəzi ermənilər hesab edir ki, Sarkisyan Qarabağda daha genişmiqyaslı müharibənin qarşısını almaq üçün əraziləri qaytaracaq. Bu isə onun hakimiyyəti ilə vidalaşamasına səbəb ola bilər. Hansı ki, Levon Ter-Petrosyanın münaqişə ilə bağlı razılığa gəlmək istəyi onu 1998-i ildə postundan uzaqlaşdırmışdı”.

“Stratfor” qeyd edir ki, Sarkisyan çıxılmaz vəziyyətdədir.

“Rusiya və Qərb Qarabağ münaqişəsinin siyasi həllinin tapılması üçün ona təzyiqlər edir. Lakin Sarkisyan anlayır ki, güzəştlər onun postunu laxlada bilər”, – deyə mərkəz yazıb.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ərəblərin Bakıya axını: radikalizmin yayılması riski varmı?

Loading...
%d bloqqer bunu bəyənir: