Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ABŞ kəşfiyyatı: “Qarabağda artilleriya müharibəsi…”

“Təmas xəttində monitorinq avadanlığının quraşdırılması intensiv döyüşlərin qarşısını ala bilər. Bu, artilleriya müharibəsinə mane ola biləcək. Lokal toqquşmalara isə mane ola bilməyəcək”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” mərkəzi Vyana görüşünə dair şərhində yazıb.

Mərkəz qeyd edir ki, görüşün nəticələri Qarabağda uzunmüddətli sülhün bərqərar olunması ilə nəticələnməyəcək: “Görüşün məqsədi aprel müharibəsindən sonra atəşkəsin möhkəmləndirilməsidir”.

“Stratfor” əlavə edir ki, Rusiya hazırda Qərbin prosesdə rolunu qoruyub saxlamaqla, bütün tərəflər arasında böyük vasitəçi rolunu oynamağa cəhd edir: “Lakin Moskvanın tərəflərdən birinin güzəştinə nail olaraq, münaqişəni həll edə biləcəyini demək çətindir. Perspektivdə bu mümkünsüz görünür. Ona görə də Rusiya daha çox Qərbə sülhü saxlamaq istədiyini göstərməyə çalışacaq”.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Camala Rusiya vətəndaşlığından imtina etdi

%d bloqqer bunu bəyənir: