Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ABŞ jurnalisti Lindsey Snell Türkiyədə saxlanılıb

Amerikalı jurnalist Türkiyə orqanları tərəfindən həbs olunub və ona qarşı hərbi zonanın pozulması ittihamı irəli sürülüb, ABŞ rəsmiləri məlumatı təsdiqləyir.

Lindsey Snell bu ayın əvvəli həbs olunub, ABŞ Dövlət Departamentinin sözçüsü, John Kirby deyib.

Bir müddət əvvəl Florida sakini sosial şəbəkədə yazmışdı ki, o iyul ayında Jabhat al Nusra tərəfindən oğurlanıb və yoxa çıxıb.

ABŞ deyib ki, məsələ ilə bağlı onlar Türkiyə rəsmiləri ilə danışıqlar aparır.

Xanım Snell cənubi Hatay əyalətində həbsxanada saxlanılır və konsulluq nümayəndələri avqustun 26-sı ona baş çəkib, cənab Kirby əlavə edib.

Lindsey Snell kimdir?

Onun Facebook səhifəsinə əsasən xanım Snell əslən Florida ştatındandır və İstanbulda yaşayırmış.

Twitter hesabında isə amerikalı jurnalist özünü video jurnalisti kimi təqdim edib.

Linkedin hesabına əsasən 2014-cü ildən o, Vocativ üçün xarici jurnalist və prodüser kimi işləyib.

O Suriyada nə edirdi?

Xanım Snell avqustun 5-i dərc etdiyi ən son facebook bölüşməsində deyib ki, ona Suriyada çəkilişə icazə verilməsinə baxmayaraq əsgərlər onu mağar tipli həbsxanada saxlayıb.

“Mən buna görə bütün dost və həmkarlarımda yaranan narahatlıq və ağrı hissinə görə üzr istəməliyəm. Mən hamınızı sevirəm və mənim azadlığa çıxmağım üçün bütün səylərinizi yüksək dəyərləndirirəm”, onun bölüşməsində yazılır.

Özünü müsəlman kimi təqdim edən xanım Snell deyib ki, “həbs olunduğu vaxt” bir müddət əvvəl şəhid olan qrup döyüşçülərindən birinin ailəsi ilə yaşayırmış.

“Unikal vəziyyətimdən dolayı məni əsir götürənləri əmin edə bildim ki, mənə telefondan istifadəyə icazə versinlər.. bu isə mənim qaçış planı hazırlamağıma, həm də əsir götürülməmi video və şəkilli görüntüyə almağıma imkan verdi”, o davam edir.

İki gündən sonra isə xanım jurnalist Türkiyə orqanları tərəfindən nəzarətə götürülüb.

Türkiyə bu haqda nə deyir?

Florida əsilli jurnalist Facebookda İstanbulda yaşayan kimi qeyd olunurImage copyrightFACEBOOK
Image captionFlorida əsilli jurnalist Facebookda İstanbulda yaşayan kimi qeyd olunur

Türkiyə hakimiyyətinə yaxın olan Yeni Safak qəzetinin yazdığına görə, xanım Snell Suriya sərhəddinə yaxın yerlərdə saxlanılıb.

“ABŞ jurnalisti sərhəddi qeyri-qanuni keçməyə cəhd edərkən saxlanılıb; o məhkəməyə götürülüb və saxlanılıb. Sınaq mərhələsi davam edir. Hazırda biz onun kəşfiyyatçı olub-olmadığını bilmirik”, Hatay rəsmisi Ercan Topaca Anadolu dövlət xəbər agentliyinə deyib.

Türkiyənin dövlət departamenti BBC-yə deyib ki, onun Suriyaya getməsinin səbəbi aydın deyil və həbsin onun jurnalist olması ilə heç bir əlaqəsi yoxdur.

Xanım Snell-in həbsi Türkiyə hərbiçiləri Suriyada yerləşən və ABŞ-ın dəstəklədiyi YPG mövqelərini hədəfə alandan sonra, iki ölkə arasındakı gərgin münasibətlər fonunda baş verir.

ABŞ Türkiyənin terrorist adlandırdığı kürd döyüşçülərini izləməsini tənqid edir.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Türkiyə və ABŞ arasında “kürd çəkişməsi” davam edir

%d bloqqer bunu bəyənir: