ABŞ İŞİD-in “bank”ını məhv etdi – 150 mliyon dollar kül oldu

ABŞ hərbi aviasiyası İŞİD-in (İslam dövləti) nəzarətində olan Mosul şəhərinə aviasiya zərbəsi endirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hava zərbəsi İŞİD-in bütün pullarını saxladıqları anbara endirilib.

ABŞ ordusunun general-mayoru Piter Qirsten dəqiq zərbə nəticəsində qruplaşmanın “bank”ında 150 mliyon dollar pulun yandığını deyib.

Generalın sözlərinə görə, son aylarda endirilən hava zərbələri zamanı 300-800 milyon dollar arasında pul məhv edilib.

Ekspertlər İŞİD-in ciddi döyüşçü çatışmazlığı və maliyyə problemləri ilə üzləşdiyini bildirir.

Belə ki, əvvəllər ayda 1500-2000 döyüşçünün qatıldığı İŞİD hazırda 200-ə qədər könüllü qəbul edir.

Loading...

Politoloqdan ŞOK – “Həmin erməni Azərbaycandadır”

Sonrakı Yazı »

ABŞ Türkiyədə terror olacağına dair xəbərdarlıq yaydı

%d bloqqer bunu bəyənir: