Now Reading:
ABŞ İrana 1,7 milyardı nə üçün ödəyib? – DETALLAR
Full Article 1 minutes read

ABŞ İrana 1,7 milyardı nə üçün ödəyib? – DETALLAR



ABŞ hökuməti bu ilin yanvarında İrana 400 milyon dollarlıq tranş ödədikdən sonra İslam Respublikasının hesabına 19 gün ərzində daha 1,3 milyard dollar köçürüb.

Modern.az ABŞ-ın “The Wall Street Journal” dərgisinə istinadən xəbər verir ki, həmin vəsait 1970-ci illərdə İranın Amerikaya silah sifariş verərkən ödədiyi məbləğ olub. Həmin vaxt İran ödədiyi vəsait qarşılığında sifariş etdiyi silahları ala bilməmişdi.

 

Amerikanın Maliyyə Nazirliyinin Konqresə verdiyi məlumata görə pullar Avropa ölkələri vasitəsilə 2 dəfə Tehrana ötürülüb. 2016-cı il yanvarın 22-də və fevralın 5-də İsveçrəyə eniş edən İrana məxsus yük təyyarəsi İsveçrə frankı, avro və digər valyutalarda olan 1,3 milyard dollar dəyərində vəsaiti təhvil alıb.

 

Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi 1979-ci ildə ABŞ-a 400 milyon dollarlıq silah sifarişi verir. Lakin İran inqilabından sonra şahın devrilməsi müqavilənin pozulmasına, ABŞ pulu geri qaytarmamasına səbəb olur.

 

Məsələni yoluna qoymaq üçün İran hökuməti Haaqa məhkəməsinə müraciət edir. Beynəlxalq məhkəmənin qərarı ilə İrana ödənməli olan 400 milyon dollar borcun üzərinə 37 ildə yığılan faizlər də əlavə olunur və ümumi məbləğ 1,7 milyard dollar təşkil edir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: