Loading...
Loading...

ABŞ-ın xarici siyasət jurnalı Ərdoğanı haqlı çıxarır

«The Wall Street Journal» Obamanın xarici siyasətini kəskin tənqid edir

Vaşinqton Türkiyə ilə müttəfiqliyini xilas etməyin yollarını axtarmalıdır

«The Wall Street Journal» Sohrab Ahmarinin Türkiyənin Qərbdən uzaqlaşaraq Rusiyaya yaxınlaşması və bunun əngəllənməsinin vacibliyi barədə məqaləsini dərc edib. Bizimyol.info azadlıq.org-a istinadən həmin məqaləni oxuclara tqədim edir:
Müəllif yazır ki, Türkiyədə hər an nəsə baş verir. Sonuncu həyəcan siqnalı cümə axşamı günü ölkənin dünyəvi müxalifət lideri Kamal Kılıçdaroğluna qarşı sui-qəsd cəhdi ilə bağlıdır. Kılıçdaroğlu ölkənin şimal-şərqinə yollandığı zaman onun konvoyu atəşə tutulub, təhlükəsizlik işçilərindən biri atışmada həlak olub. Ancaq Kılıçdaroğlunun özü xəsarət almayıb və helikopterlə evakuasiya edilib. Qəsdçilər qaça biliblər. Amma Kılıçdaroğlunun köməkçiləri deyirlər ki, ola bilsin, cangüdənlər onlardan birini öldürüb.
«Ankara Qərbə daha köklənməyəcək»
 
«Bizə hücum edilsə də, inandığımız yola qətiyyətlə davam etdirəcəyik», – Kılıçdaroğlu bir gün sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) qərargahında jurnalistlərə deyib. Separatçı Kürdüstan Fəhlə Partiyası (PKK) hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb, ancaq bildirib ki, onların hədəfi Kılıçdaroğlu yox, hökumətin təhlükəsizlik qüvvələri olub.
Bugünkü Türkiyədə belə insidentlər xəbər başlıqlarına çıxsa da, bir neçə saatdan sonra onları digər oxşar hadisələr əvəzləyir. Elə Kılıçdaroğluna qarşı sui-qəsd cəhdindən bir neçə saat sonra, cümə günü Suriya sərhədi yaxınlığında yük maşınının partlaması nəticəsində 11 polis nəfəri həyatını itirib. PKK bu hücuma görə də məsuliyyəti üzərinə götürüb.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Daha bir silahdaşı Razi Nurullayevi ifşa etdi – MƏNDƏN TƏHQİRAMİZ STATUS YAZMAĞIMI İSTƏDİLƏR

%d bloqqer bunu bəyənir: