Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ABŞ-ın seçki saxtakarlığı ifşa olundu – “Google” Hillari Klintonu reklam edir

“Wikileaks” resursunun yaradıcısı Culian Assanc “Google” şirkətini Hillari Klintonun seçki qabağı kampaniyasını dəstəkləməkdə ittiham edib. ANS PRESS-in məlumatına görə, bu barədə o, “Jurnalistikada yeni era” adlı mediaforumda çıxışı zamanı bildirib.

Assanc həmçinin onu da qeyd edib ki, internet nəhəngi Ağ Evlə əmkdaşlıq edir və ABŞ prezidentliyinə namizədliyini Demokratlar Partiyasından irəli sürən Hillari Klintonu seçkiqabağı kampaniyada dəstəkləyir.

Culian Assanc-"Wikileaks" resursunun yaradıcısı

Bundan başqa, o həm də vurğulayıb ki, “Google” internetdə informasiya axınını idarə etməyə qadirdir.

“”Google” Vaşinqtonla həm biznes, həm də fərdi səviyyədə sıx inteqrasiya edir. Şirkət həmçinin Hillari Klintonun seçki kampaniyasında bir-başa iştirak edir. Xidmət qarşılığında xidmət”,- deyə Assanc bildirib.

"Google" qərargahı

O, əlavə edib ki, internet nəhəngi öz məqsədləri üçün ABŞ Dövlət Departamentindən də istifadə edib. O vurğulayıb ki, “”Google” öz auditoriyasına mütləq şəkildə təsir edir”.

Assanc “Google”nin dövlət katibi Con Kerrinin 2013-ci ildə Suriya hücumlar həyata keçirməyin zərurəti barədə çağırışlarını işıqlandırmaq üçün istifadə etdiyini xüsusilə xatırladıb.

Beynəlxalq mediaform 6-7 iyun tarixlərində Moskvada baş tutub. Forumda dünyanın 30-a yaxın ölkəsində Fransa, Hindistan, Rusiya, Ermənistan, Misir, ABŞ, Böyük Britaniya və Azərbaycandan media ekspretləri iştirak edib.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Rusiyanı qıcıqlandıran təlimə Türkiyə də qatılır

%d bloqqer bunu bəyənir: