Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ABŞ-ın quru qoşunlarına homoseksual başçılıq edəcək

ABŞ konqressi ölkənin quru qoşunlar naziri vəzifəsinə 47 yaşlı homoseksual Erik Fenninqin namizədliyini təsdiqləyib. ANS PRESS-in məlumatına görə, Fenninq ABŞ ordusunun bir növünə rəhbər təyin olunan ilk homoseksual olub. Quru qonşuların yeni naziri namizədliyinin təsdiqlənməsini 8 ay gözləyib. Onun bu vəzifəni tutmasına qarşı Kanzasdan olan respublikaçı-senator Pet Roberts çıxıb ki, o da yeni nazirdən Barak Obamanın bağlaya biləcəyi təqdirdə Quantanamo həbsxanasından bir dənə də olsun məhbusun Kanzas həbsəxanasına keçirilmətəcəyinə dair zəmanət istəyib.

Roberts Fenninqin namizədliyini müdafiə nazirinin müavini Robert Vorkun ona Obamanın prezidentlik müddətinin Quantanamonu bağlamasına çatmayacağını izah edəndən sonra təsdiq edib.

Pet Roberts - Kanzasdan olan senator

Prezident Barak Obama quru qoşunlar naziri postuna Erik Fenninqi namizədliyini 2015-ci ilin sentyabrında irəli sürüb. Son 25 ildə Fenninq konqressdə və Pentaqonda müxtəlif vəzifələrdə çalışıb. Bundan əlavə Fenninq “Gay & Lesbian Victory Fund” təşkilatının üzvüdür. Bu təşkilatın məqsədi hakimiyyət orqanlarına gey və lezbiyanların sayını artlrmaqdır.

2011-ci ildə Barak Obama administrasiyası ABŞ ordusunda homoseksualların xidmətini qadağan edən “soruşma, demə” siyasətini rəsmən ləğv edib.

ABŞ-ın homoseksuallar birliyi Fenninqin  təyinatını dəstəkləyib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Almanlar Ərdoğana bığ qoyub, Hitlerə bənzətdilər – FOTO

%d bloqqer bunu bəyənir: