ABŞ-ın qərbində səsvermə başladı

ABŞ-ın Kaliforniya və digər qərb ştatlarında seçki məntəqələri işə başlayıb.

24saat.org APA-ya istinadən xəbər verir ki, Bakı vaxtı ilə 19.00-da Aydaho, Kaliforniya və Nevada ştatlarında səsvermə başlayıb. Səsvermə Alyaska ştatında 20.00-da, Havay adalarında isə 21.00-da başlayıb.

Qeyd edək ki, seçki məntəqələri ilk olaraq (Bakı vaxtı ilə noyabrın 9-na keçən gecə saat 03.00-da) Kentukki və İndiana ştatlarında bağlanacaq. Səsvermə Ohayoda Bakı vaxtı ilə gecə 03.30-da, Florida, Virciniya və digər mühüm ştatlarda – 04.00-da başa çatacaq. ABŞ-ın qərb hissəsindəki sonuncu seçki məntəqələri Bakı vaxtı ilə noyabrın 9-u səhər saat 08.00-da, Alyaskada isə 09.00-da bağlanacaq.

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

Kredit borcu olanlara şəxsiyyət vəsiqəsi verilməyəcək? – DİN-dən açıqlama

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: