Now Reading:
ABŞ-ın neft ehtiyatı hamını təəccübləndirdi
Full Article 40 second read

ABŞ-ın neft ehtiyatı hamını təəccübləndirdi



Enerji qaynaqları mövzusunda araşdırmalar hazırlayan “Ristad Enerji” şirkəti ABŞ-ın neft ehtiyatları barədə hesabatını təqdim edib.
Axar.az xəbər verir ki, şirkət ABŞ torpaqlarında istifadə olunmamış 264 milyard barrel neft olduğunu açıqlayıb. Bu da Səudiyyə Ərəbistanı və Rusiyada olan neft ehtiyatından çoxdur.

Şirkət yeni yaradılan texnologiyalar sayəsində neft mühəndisliyinin çox inkişaf etdiyini bildirib:

“Son illərdə hazırlanan yeni texnologiyalar sayəsində bir zamanlar əlçatmaz və ya mümkünsüz görünən quyulardan indi neft çıxarılır. Bu, neft iqtisadiyyatında inqilabdır. Texnologiya bütün enerji sahəsində yeni model yaradacaq”.

“Ristad Enerji” şirkətinin direktoru Jarand Ristad hesabatı şərh edərkən “10 il əvvəl heç kim dünyanın belə bir vəziyyətə gələcəyini xəyal edə bilməzdi” deyib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: