ABŞ-ın ikinci adamı türk ola bilər – “Wikileaks”

Noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi prezidentliyə əsas namizəd hesab edilən Hillari Klintonun köməkçilərinin kim olacağı ilə bağlı məlumatlar yayılıb.

“Wikileaks”in sızdırdığı yeni sənədlərdə Hillari Klintonun özünə köməkçi təyin edəcəyi şəxslərin arasında “Coca Cola”nın türk əsilli baş direktoru Muxtar Kent də var.
Hillari Klintonun təbliğat işləri üzrə direktoru Con Podestanın göndərdiyi elektron poçtda prezidentin köməkçisi vəzifəsi üçün 40 nəfərin adı qeyd edilib. Həmin şəxslər arasında türk əsilli biznesmenlə yanaşı “Apple”, “Microsoft”, “General Motors”, “Starbucks” və “Xerox” kimi şirkətlərin rəhbərləri və seçkilərin ilkin mərhələsində Hillari Klintona rəqib olmuş Berni Sandersin də adı var.

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Səudiyyə şahzadəsi qətl törətdiyi üçün edam edilib

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: