ABŞ-ın iki qırıcısı qəzaya uğradı


ABŞ-ın Hərbi-Dəniz Qüvvələrlərinin iki F-18 qırıcısı Atlantika okeanında qəzaya uğrayıb. ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın sahil mühafizəsi xəbər verib.

ABŞ Hərbi-Dəniz Qüvvələrlərinin iki qırıcısı McDonnel Douglas F/A-18 Hornet  Şimal Karolina sahilində qəza keçirib. Okeana düşmüş təyyarələrin pilotları vaxtında katapult edərək xilas ola biliblər.

McDonnel Douglas F/A-18  – 1970-ci illərdə hazırlanmış Amerika qırıcı-bombardmançısı və hücumçu təyyarəsidir. McDonnel Douglas F/A-18 bu gün ABŞ-ın Hərbi-Dəniz Qüvvələrlərinin əsas döyüş təyyarəsi sayılır. Bu təyyarələr bir sıra Avropa və Asiya ölkələrinin hava qüvvələrində yer alır. Hərbi təyyarələr Liviya, İraq və Yuqoslaviya da hərbi əməliyyatlarda tətbiq edilib.

ABŞ F-16 qırıcısı

ABŞ F-16 qırıcısı

Martın 30-da Amerika Birləşmiş Ştatlarının Əfqanıstanda olan hərbi kontinigentinə aid “F-16” qırıcısı qəzaya uğrayıb. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Piter Kuk hadisənin yerli vaxtla saat 20.30-da Baqram hərbi hava bazasında uçuş vaxtı baş verdiyini deyib. Pilotun təyyarədən katapultla tullandığını və hadisə nəticəsində heç bir xəsarət almadığını deyən sözçü hadisənin baş verdiyi yerdə araşdırmalar aparıldığını bildirib.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

“Taliban zorakılığı davam edəcək”

%d bloqqer bunu bəyənir: