Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ABŞ-ın hava hücumları zamanı İŞİD-in iki mühüm üzvü qətlə yetirilib

ABŞ-ın hava hücumları zamanı İŞİD-in İraqda iki “xüsusi əhəmiyyətə malik üzvü” qətlə yetirilib.

Bağdadda ABŞ hərbi qüvvələrinin xüsusi nümayəndəsi, polkovnik Stiv Uorren mayın 13-də hava hücumları zamanı Əbu Həmzə və Əbu Safiyənin, eləcə də üçüncü döyüşçünün qətlə yetirildiyini bildirib.

Uorren deyib ki, İraqda Əl-Qaidə qrupunun keçmiş üzvü olan Əbu Həmzə İraqda 2011-ci ildə sona çatan müharibədə amerikalılara qarşı hücumlar planlaşdırıb və təşkil edib.

O bildirib ki, Əbu Həmzə həmçinin İraqda İslam Dövləti qrupunun döyüşçüləri arasında koordinasiya, onların təchizatı və maliyyə ilə təmin edilməsinə görə məsuliyyət daşıyırdı.

Əbu Safiyə İraqda Fərat çayı vaidisində kimyəvi hücumlara görə məsuliyyət daşıyırdı.

Pokovnik Uorren bildirib ki, Birləşmiş Ştatların hərbi qüvvələri 2015-ci ildən İŞİD-in 120 yüksək səviyyəli döyüşçüsünü qətlə yetirib.

Lakin o əlavə edib ki, son günlər İŞİD paytaxt Bağdad və onun ətrafında 140-dan çox insanın ölümülə nəticələnmiş bir sıra hücumlara görə məsuliyyəti öz üzərinə götürüb (“Amerikanın səsi”).

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Azərbaycanın dostu İsrailin müdafiə naziri olur

%d bloqqer bunu bəyənir: