Now Reading:
ABŞ-ın hərbi gəmisi İran katerlərinə xəbərdarlıq atəşi açdı
Full Article 30 second read

ABŞ-ın hərbi gəmisi İran katerlərinə xəbərdarlıq atəşi açdı



ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Qasırğa” gəmisi ona yaxınlaşan İran katerlərinə xəbərdarlıq atəşi açıb.

Hadisə dünən Fars körfəzinin şimal hissəsində baş verib.

“CNN”in Pentaqon yanındakı müxbiri Barbara Starr bildirib ki, İran katerləri Amerikanın iki və Küveytin bir gəmisinə 200 metr məsafəyə qədər yaxınlaşıb. “Amerika gəmisi radio ilə əlaqə yaratmağa cəhd göstərib, siqnal raketləri köməyi ilə siqnal vermək istəyib” – deyə reportajda bildirilib.

“Qasırğa” gəmisi sonda suya üç xəbərdarlıq atəşi açıb.(“Report”)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: