ABŞ-ın 130 mindən çox hərbçisinin məlumatları oğurlanıb


ABŞ Hərbi Dəniz Qüvvələrinin (HHQ) hazırkı və istefada olan 134 min 386 hərbçisinin şəxsi məlumatları xakerlər tərəfindən oğurlanıb.

“Report” xəbər verir ki, bu barədə “Navy Times” nəşri yazır.

Nəşrin məlumatına görə, “Hewlett Packard” (HP) şirkəti oktyabrın 27-də ABŞ HHQ-ni hərbçilərdən birinə məxsus noutbukun parolunun xakerlər tərəfindən sındırıldığı və dənizçilərin adları və sosial sığorta nömrələri haqqında məlumat əldə olunduğu barədə məlumatlandırıb.

“Hərbi dəniz donanması bu insidenti son dərəcə ciddi qəbul edib. Bizim dənizçilər üçün bu, etimad məsələsidir”,— deyə vitse-admiral Robert Berk bildirib. Onun sözlərinə görə, məsələnin araşdırılması ilkin mərhələdədir və xakerlərin şəxsiyyətini hələ ki, müəyyən etmək mümkün olmayıb.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Çində elektrik stansiya uçdu: 40 ölü, 2 yaralı

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: