Now Reading:
ABŞ immiqrasiya mərkəzində 1 rus ölüb
Full Article 40 second read

ABŞ immiqrasiya mərkəzində 1 rus ölüb



ABŞ rəsmiləri mayın 3-də bildirib ki, həftəsonu San Dieqoda miqrantların saxlanma mərkəzində bir rusiyalı dünyasını dəyişib. Ölümün səbəbi bəlli deyil.

46 yaşlı Igor Zyazin aprelin 24-dən həmin mərkəzdə idi. O, Meksikayla sərhəddəki San Ysidro limanından girəndə Rusiya pasportunu təqdim etmişdi.

Mayın 1-də onun reaksiyasız olduğu aşkarlanıb. Xəstəxanaya aparılanda isə öldüyü bildirilib.

O, immiqrasiya rəsmiləri tərəfindən müsahibə olunacağını gözləyirmiş. 2009-cu ildə deportasiya olunub, ABŞ-da kriminal tarixçəsi olmayıb.

TASS-ın məlumatına görə, Rusiya diplomatları ABŞ rəsmilərinin Zyazin-in saxlanması və ölüm səbəblərini istəyiblər.

Oktyabrdan bəri ABŞ-da miqrantların saxlanma mərkəzlərində altı nəfər ölüb. Bu mərkəzlərdə 30 minədək yer var.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: